Maduro istefaya getməyə tələsmir

Maduro istefaya getməyə tələsmir

Venesuela prezidenti Nikolas Maduro özünün istefasına dair referendumun 2017-ci ildən tez keçirilməyəcəyini bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Maduronun 2016-cı ildə hakimiyyətdən kənarlaşdırılacağı təqdirdə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinə lüzum yaranacaq. Ölkə başçısının istefaya göndərilməsi 2017-ci ildə baş tutacaq, onun səlahiyyətlərini isə müvəqqəti olaraq baş nazir icra edəcək.

“Burada heç bir şantaj yoxdur. Əgər referendum üçün şərtlər icra ediləcəksə, onda o gələn il keçiriləcək.   Əgər şərtlər icra edilməyəcəksə, referendum da baş tutmayacaq, vəssalam”, - deyə Maduro qeyd edib.

Bundan əvvəl Venesuela müxalifəti bildirib ki,  ölkənin  seçki orqanları Venesuela prezidenti Nikolas Maduronun istefasına dair referendumun keçirilməsini dəstəkləyən 1,3 milyon seçicinin imzasının həqiqi olduğunu etiraf edib.

0
16