Əl-Fəlucənin daha 2 rayonu İŞİD-dən azad edildi

Əl-Fəlucənin daha 2 rayonu İŞİD-dən azad edildi

İraq ordusu Əl-Fəlucə şəhərinin cənub-qərb ətrafındakı daha 2 rayonu – Əl-Fəlahət və Əs-Səbihət rayonunu İŞİD-dən azad edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ordu komandanlığının açıqlamasında bildirilir.

Qeyd edək ki, Anbar əyalətindəki Əl-Fəlucə şəhəri 2014-cü ilin əvvəlindən İŞİD-in nəzarətindədir. İraqın baş naziri Heydər əl-Abadi Əl-Fəlucənin azad edilməsi uğrunda əməliyyatın mayın 23-də başlanacağını bildirib. Hazırda paytaxt Bağdaddan 65 km. aralıda yerləşən Əl-Fəlucə şəhərində 50 minədək dinc sakin qalmaqdadır.

0
10