Hillari Klintonun poçtunun sındırılmasında "Rusiya izi"

Hillari Klintonun poçtunun sındırılmasında "Rusiya  izi"

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun etibarlı nümayəndəsi Sidni Blümental bildirib ki, sabiq dövlət katibinin elektron poçtunu sındırdığını etiraf etmiş “Guccifer”  təxəllüsü tanınan rumıniyalı haker Marsel Lazar xarici kəşfiyyata işləyə bilər.    

Blümental Fox News  telekanalına müsahibəsində bildirib ki, Marsel Lazar Rusiyanın həyata keçirdiyi informasiya əməliyyatının iştirakçısı ola bilər.

O, həmçinin, Lazarın Rusiyaya məxsus serverdən çalışdığını ehtimal edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi  mayın sonunda yaydığı bəyanatda  qeyd edib ki,  Hillari Klintonun özəl elektron poçtunu sındıran rumıniyalı haker günahkar olduğunu etiraf dib.

0
22