UEFA Rusiya və İngiltərəni cəzalandıra bilməyəcək

UEFA Rusiya və İngiltərəni cəzalandıra bilməyəcək

UEFA Marseldə AVRO-2016 çərçivəsində Rusiya-İngiltərə matçından öncə futbol azarkeşləri arasında baş verən toqquşmalara görə Rusiya və İngiltərəni cəzalandıra bilməyəcək.

“UEFA intizam sanksiyalarını yalnız stadion ərazisində baş verən insidentlərə görə tətbiq edə bilər”, - deyə UEFA nümayəndəsi bildirib.

Qeyd edək ki, Marseldə futbol azarkeşləri arasında qarşıdurma nəticəsində azı 30 nəfər xəsarət alıb.

10-11 iyun tarixlərində  Marseldə İngiltərə və Rusiya futbol azarkeşləri arasında silsilə toqquşmalar baş verib.

0
23