Marseldəki toqquşmalarda azı 30 azarkeş yaralandı

Marseldəki toqquşmalarda azı 30 azarkeş yaralandı

Marseldə AVRO-2016 çərçivəsində Rusiya-İngiltərə matçından öncə futbol azarkeşləri arasında baş verən toqquşmalar  nəticəsində azı 30 nəfər xəsarət alıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, matçın keçirildiyi Marsel şəhərinə İngiltərədən 20 min, Rusiyadan isə 12 min azarkeş gəlib.

Qeyd edək ki, qarşıdurmalar zamanı polis azarkeşlərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Futbol fanatları isə asayiş keşikçilərinə şüşə qabları və digər əşyalar atıb.

Qarşıdurmada xəsarət alan ingiltərəli azarkeşlərdən birinin vəziyyəti kritikdir.

Qeyd edək ki, dünən və bu gün  Marseldə İngiltərə və Rusiya futbol azarkeşləri arasında silsilə toqquşmalar baş verib.

0
18