Rusiya-İngiltərə matçında dava düşdü

Rusiya-İngiltərə matçında dava düşdü

Rusiya-İngiltərə matçı başa çatdıqdan sonra rusiyalı azarkeşlər İngiltərə yığmasının fanatlarının olduğu tribunaya hücum ediblər, nəticədə, stadionda qarşıdurma baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, oyun sona çatdıqdan dərhal sonra rusiyalı azarkeşlər mühafizə xəttini qıraraq rəqib komandanın azarkeşlərinin yerləşdiyi tribunalara hücum ediblər.

Məlumata görə, stadion üzrə diktor rus dilində bir neçə dəfə rusiyalı azarkeşlərə müraciət edərək,  onlardan yerlərində qalmalarını xahiş dib.

Matçın sona çatmasına bir neçə dəqiqə qalmış rusiyalı azarkeşlər tribunada  bir neçə fişəng yandırıblar.

Qeyd edək ki,  Rusiya-İngiltərə matçı 1:1 hesabı ilə heç-heçə başa çatıb.

0
25