İngiltərə Rusiyanı məğlub edə bilmədi

İngiltərə Rusiyanı məğlub edə bilmədi

Avropa çempionatının B qrupunda mübarizə aparan komandaların ikinci qarşılaşması keçirilib.

APA-nın məlumatına görə,  oyun gününün son görüşündə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkib.  Marselin “Velodrom” stadionunda

keçirilən gərgin oyun 1:1 hesabı ilə heç-heçə yekunlaşıb. Matçın 73-cü dəqiqəsində Eric Dayer cərimə zərbəsindən vurduğu qolla hesabı aça bilib.  Lakin, Denis Qluşakov oyunun 90+2-ci dəqiqəsində cavab qolu ilə hesabı bərabərləşdirməyə nail olub.

Qeyd edək ki, B qrupunun ilk qarşılaşmasında  Uels Slovakiyanı  2:1 hesabı ilə məğlub edib.

Rusiya millisi iyunun 15-də keçiriləcək növbəti matçda Slovakiya ilə, İngiltərə yığması isə həmin gün Uels komandası ilə görüşəcək.

Avropa çempionatı

Qrup mərhələsi

11 iyun

B qrupu

İngiltərə - Rusiya - 1:1

Qol: Erik Dayer, 73 - Denis Qluşakov, 90+2

Baş hakim: Nikola Ritsoli

Marsel. “Velodrom” stadionu

0
22