AÇ-2016: Sergey İqnaşeviç tarixə düşdü

AÇ-2016: Sergey İqnaşeviç tarixə düşdü

AÇ-2016-nın qrup mərhələsində İngiltərəyə qarşı matça start heyətində başlayan rusiyalı futbolçu Sergey İqnaşeviç milli komandanın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi bununla da 3 qitə çempionatında forma geyinən ilk oyunçu olub.

Daha əvvəl o, AÇ-2008 və AÇ-2012-də şimal qonşularımızın heyətində çıxış edib. Bundan əlavə, İqnaşeviç 2014-cü il mundialında da Rusiyanın şərəfini qoruyub.

Qeyd edək ki, hazırda davam edən matçda meydana çıxmaqla Sergey həm də özünə məxsus millinin heyətində ən çox forma geyinən oyunçu rekordunu da yaxşılaşdırıb – 118 oyun. Bu kateqoriyada o, əfsanəvi müdafiəçi Viktor Onopkonu qabaqlayır – 113 matç.

0
16