Avstriyada ara qarışdı: 13 yaralı

Avstriyada ara qarışdı: 13 yaralı

Vyanada “Identitare”  ultrasağçı hərəkatının fəalları və antifaşistlər arasında baş toqquşmalar nəticəsində 13 nəfər yaralanıb, 7 nəfər saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  polisin məlumatına əsasən, sağçıların “Avropanın müdafiəsi” şüarı altında keçirdiyi yürüşün təşkilatçıları qəfil marşrutu dəyişərək  antifaşist yürüşünün iştirakçıları ilə qarşılaşıblar.

Tərəflər biri-birlərini və polisi daşqalaq ediblər. Polis gözyaşardıcı qazdan istifadə edib.

 

Avstriyanın DİN rəhbəri insident iştirakçılarını tənqid edib və polis əməkdaşlarına insidentin aldığına görə təşəkkür edib.

0
17