Polis “Qanun” nəşriyyatının binasını əhatəyə alıb

Polis “Qanun” nəşriyyatının binasını əhatəyə alıb

Onlar bildiriblər ki, nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olub.

Bu gün axşam saatlarında bir qrup polis əməkdaşı axtarış aparmaq üçün  “Qanun” nəşriyyatının yerləşdiyi əraziyə gəlib.

Oxu.Az xəbər verir ki, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu APA-ya bildirib ki, polislər nəşriyyatın binasına bomba qoyulması barədə məlumat daxil olduğuna görə gəliblər.

Lakin Şahbaz Xuduoğlunun bildirdiyinə görə, onlara axtarış aparmaqda hər hansı sənəd təqdim etməyiblər buna görə də onlar binada axtarış aparmağa buraxılmayıblar.

Şahbaz Xuduoğlunun hadisə yerində olan hüquqi nümayəndəsi vəkil Yalçın İmanov  bildirib ki, hazırda hadisə yerindədir:

“Şahbaz Xuduoğlu hazırda Bakıda olmadığı üçün polislərin  hələlik binaya daxil olması mümkün olmayıb".  

0
26