Martda Ceyhandan təxminən 2,6 milyon ton neft satıldı

Martda Ceyhandan təxminən 2,6 milyon ton neft satıldı

Dövlət Neft Şirkəti məlumat yaydı.

2016-cı ilin mart ayı ərzində 2 milyon 604 min 212 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb (Bu həcmin 1 milyon 697 min 723 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). 

Cari ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 7 milyon 838 min 445 ton təşkil edib. 

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.

“Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il aprel ayının 1-ə qədər Ceyhan limanından 299 milyon 032 min 217 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. 

2016-cı ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 623 min 733 ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 milyon 313 min 312 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il aprel ayının 1-ə qədər BTC-yə 299 milyon 988 min 701 ton neft vurulub. 

Bundan başqa, 2016-cı ilin mart ayında BTC kəməri ilə 440 min 162 ton Türkmənistan nefti nəql olunub”, - deyə məlumatda qeyd olunub. 

Ülviyyə R. Əli
www.oxu.az

0
22