İran Avropanın üç ölkəsinə neft satacaq

İran Avropanın üç ölkəsinə neft satacaq

İran  İspaniya, İtaliya və Yunanıstan şirkətləri ilə neftin tədarükünə dair sazişlər imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Milli Neft Şirkətinin xarici əlaqələr üzrə direktoru Mohsen Kamsari bildirib. 

“İran İtaliyanın “Saras”, İspaniyanın “Repsol” və Yunanıstanın “Hellenic Petroleum” şirkətləri ilə neftin satışına dair müqavilələr bağlayıb”, - deyə Kamsari bildirib. O həmçinin qeyd edib ki, hazırda “Shell” daxil olmaqla bir sıra nəhəng şirkətlərlə də danışıqlar davam etdirilir. Yaxın zamanda onlarla da  neftin tədarükünə dair sazişlər imzalanacaq.

İran Milli Neft Şirkəti bundan əvvəl “Royal Dutch Shell”, “Vitol”, BP, MOL, “Eni” kimi şirkətlərlə danışıqlar apardığını bildirib.

0
24