Avro-2016-da unikal hadisə: qardaşlar qarşı-qarşıya - FOTO

Avro-2016-da unikal hadisə: qardaşlar qarşı-qarşıya - FOTO

"Avro-2016"nın A qrupunda keçirilən Albaniya - İsveçrə oyunu həm də qardaş futbolçuların qarşılaşması kimi tarixə düşüb.

Lent.az-ın qol.az-a istinadən verdiyi məlumatına görə, hər iki yığmanın heyətində Şaka soyadlı futbolçular start heyətində meydana çıxıb.

Ötən ay "Arsenal"a transfer olunan Qranit Şaka alban əsilli olsa da, İsveçrə millisində çıxış edir. Onun "Bazel"də oynayan qardaşı Taulant Şaka isə Albaniya yığmasının şərəfini qoruyur.

Qeyd edək ki, bu oyunu futbolçuların anası da izləyir.

0
61