"Beşiktaş" yığma oyunçusu ilə anlaşdı

"Beşiktaş" yığma oyunçusu ilə anlaşdı

“Beşiktaş”ın transfer edəcəyi daha bir futbolçunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Polşa yığmasının üzvü Kamil Qliklə danışıqları müsbət yekunlaşdırıb.

Belə ki, İtaliyanın “Torino” klubu 28 yaşlı stopper üçün 8 milyon avro istəsə də, yekunda 5 milyon avroya razılıq əldə edilib. Hazırda yığması ilə birgə Avropa çempionatında olan Qlikin yarış bitdikdən sonra 4 illik rəsmi müqaviləyə imza atacağı bildirilir. O, Türkiyədə ilk 2 ilində 1,2, digər mövsümlərdə 1,1 milyon avro qazanacaq.

Qeyd edək ki, “Beşiktaş” “Fənərbaxça”dan ayrılan Gökhan Gonüllə da bugünlərdə rəsmi müqavilə imzalayacaq.

0
22