Dünya Bankının regional direktoru Bakıya gəlir

Dünya Bankının regional direktoru Bakıya gəlir

Mersi Tembon Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

İyunun 12-də Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun Azərbaycana səfəri başlayır. 

Oxu.Az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, üç gün davam edəcək səfər çərçivəsində M.Tembonun Bakıda Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur. 

Mersi Tembonun DB-nin Azərbaycan ofisinin əməkdaşları üçün keçiriləcək seminarda da iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, M.Tembon DB-nin Cənubi Qafqaz regionu üzrə direktoru kimi 2015-ci il oktyabrın 1-dən işə başlayıb. 

O, 2012-ci ildən bu vəzifəni icra edən və artıq Qana, Liberiya və Sierra-Leone üzrə regional direktor təyin olunan Henri Keralini (Henry Godfrey Rupiny Kerali) əvəz edib.

0
21