Türklər yığmamızın kapitanını Superliqada yeni kluba göndərdilər

Türklər yığmamızın kapitanını Superliqada yeni kluba göndərdilər

Azərbaycan millisinin voleybolçusu Odina Bayramovanın daha bir xarici klubun diqqət mərkəzində olduğu açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 26 yaşlı kapitanı Türkiyə Superliqasında mübarizə aparan “Halkbank”la danışıqları yekunlaşdırmaq üzrədi.

Türkiyəli həmkarlarımızın yazdığına əsasən, “İdmanocağı”na transferi gündəmdə olan və İtaliyanın “Yamamay” klubunun heyətinə qatmaq istədiyi Bayramova bugünlərdə rəsmi müqaviləyə imza atacaq. İddia olunur ki, o, “İdmanocağı” ilə bağlı qərarını menecerlərinin rəyinə görə dəyişib.

Hazırda milli ilə birgə Fransada olan voleybolçumuzun Avropa Liqası bitdikdən sonra “Halkbank”la rəsmi müqaviləyə imza atacağı bildirilir.

Qeyd edək ki, bir gün öncə yığmamızın hücumçusu Yana Kulan da Superliqa klubu ilə anlaşıb. O, yeni mövsümü “Çanaqkala Bld”da oynayacaq.

0
16