Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTO

Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTO

Abidənin açılış mərasiminin sentyabr ayında olacağı gözlənilir.

Bakıda Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun heykəli ucaldılıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, heykəl Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında qurulub.

Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Abidənin açılış mərasiminin sentyabr ayında olacağı gözlənilir.

Qeyd edək ki, Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də anadan olub, 1989-cu il iyunun 9-da dünyasını dəyişib. Məşhur müğənni sağlığında SSRİ və Azərbaycan SSR-nin bir sıra mükafatlarına layiq görülüb.

Xatırladaq ki, keçən il R.Behbudovun 100 illik yubileyi olub. 2015-ci ildə Prezident İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən, bir sıra tədbirlər keçirilib.

0
22