ABŞ Suriya müxalifətindəki müttəfiqlərinə aviazərbələr endirib

ABŞ Suriya müxalifətindəki müttəfiqlərinə aviazərbələr endirib

Aviazərbə nəticəsində on nəfər ölüb.

ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri səhvən “amerikalı hərbçilərin İŞİD ilə mübarizə üçün təlim keçdiyi Mutasim” bölüyündən olan suriyalı qiyamçıların düşərgəsini bombalayıblar. 

Oxu.Az WSJ-a istinadən xəbər verir ki, bu barədə müxalifət nümayəndələri bildiriblər. 

Aviazərbə nəticəsində on nəfər ölüb. 

“Wall Street Journal” nəşrinin məlumatına görə, hadisə hələ may ayında baş verib, amma Pentaqon son ana qədər səhvi barədə məlumatın yayılmamasına üstünlük verirdi. Amma jurnalistlərin suallarına cavab verərkən ABŞ-ın SQ Mərkəzi komandanlığının nümayəndəsi Patrik Rayder etiraf edib ki, səhv həqiqətən olub.  

“İlkin məruzələrə görə, avizərbə zamanı İŞİD ilə mübarizə briqadasının dörd döyüşçüsü ölüb”, - bunu bildirən nümayəndə rəqəmlərin “Mutasim” bölüyünün məlumatındakı rəqəmlərdən niyə fərqləndiyini izah etməyib. 

Rayder əmin edib ki, hərbi komandanlıq bundan sonra da Suriya müxalifətinin döyüşçülərini dəstəkləməyə davam edəcək, buraxılan səhvdən isə dərs çıxararaq öz işini yaxşılaşdırmağa çalışacaq. 

0
16