Liviyada terror aktı: 2 ölü, 6 yaralı

Liviyada terror aktı:  2 ölü, 6 yaralı

Liviyanın sayca ikinci ən iri şəhəri Benqazidə terror aktı baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, minalanmış avtomobilin partladılması  nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. Hələ ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

0
22