Hollivud ulduzuna 40 illik həbs

Hollivud ulduzuna 40 illik həbs

ABŞ-da tanınmış aktyor, “Qalxan” serialının qəhrəmanlarından biri Maykl Ceys həyat yoldaşını qətlə yetirdiyinə görə 40 il müddətinə azadlıqdan mərhum edilib.

APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat verib.

Məlumata görə, Los-Anceles məhkəməsi M.Ceys barəsində hökmü iyunun 10-da çıxarıb.

53 yaşlı aktyor həyat yoldaşı Eyprili qətlə yetirdiyini etiraf edib, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Maykl Ceys karyerasında 50-dən çox film və serialda çəkilib. Onun ən tanınmış rolları “Qalxan”, “Sautlend” və “Mentalist” seriallarında olub. O, həmçinin “Forrest Qamp”, "Meymunlar planeti" və s. filmlərdə rol alıb.

0
25