Xaçmazda 40 yaşlı kişi özünü güllələdi

Xaçmazda 40 yaşlı kişi özünü güllələdi

Xaçmaz sakini özünü odlu silahdan güllələyərək intihar edib. APA-nın yerli bürosunun məlumatına görə, insident Xaçmaz şəhəri, Atatürk küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Məlumata görə, 1976-cı il təvəllüdlü Babayev Valeh Azadzan oğlu özünü yaşadığı evdə güllələyib.

Meyit Xaçmaz rayon mərkəzi morqa aparılıb.

Faktla bağlı araşdırma aparılır.

0
31