PKK-dan növbəti hücum: 2 əsgər şəhid oldu

PKK-dan növbəti hücum: 2 əsgər şəhid oldu

Türkiyənin Hakkari vilayətində "Tekeli" hərbi bazasına  PKK terrorçularının etdiyi hücum nəticəsində 2 əsgər şəhid olub, 4-ü yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yaralı əsgərlər helikopterlərlə xəstəxanaya göndərilib.

Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.

0
29