Binəli Yıldırımın ilk “Tviti”

Binəli Yıldırımın ilk  “Tviti”

“Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan və dava dostlarımızla yürüdüyümüz bu müqəddəs yolda  dualarınız və dəstəyinizlə bütün çətinliklərin öhdəsindən gələcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu gün Türkiyə baş naziri binəli Yıldırımın adına Tvitterdə “T.C Başbakanlık@TC_Basbakan” hesabı açılıb və bu, B.Yıldırımın Tvitter hesabında yazdığı ilk tvitdir. Onun bu paylaşımı ilk 10 dəqiqədə 296 nəfər tərəfindən ritvitlənib.

O, ikinci tviti isə Ramazan ayı münasibətilə yazıb: “Bütün vətəndaşlarımızın Ramazan ayını təbrik edir, birlik və qardaşlığımızın daha da gücləndirilməsini Allahdan diləyirəm”.

Qeyd edək ki, Binəli Yıldırımın mətbuat xidməti qurumun Tvitter, Feysbuk, Youtube və İnstaqram daxil bütün sosial şəbəkələrdə hesabının açıldığını bildirib.

0
23