Şəkidə qadın ərindən boşanmaq üçün ağlasığmaz üsula əl atıb - VİDEO

Şəkidə qadın ərindən boşanmaq üçün ağlasığmaz üsula əl atıb - VİDEO

Dələduz qadının başqa əməlləri də üzə çıxıb.

Şəki sakini 32 yaşlı Nigar Məhəmmədli onu aldatdığını iddia edərək həyat yoldaşı Sabirabad sakini 34 yaşlı Qəhraman Qəhrəmanovdan ayrılmaq üçün ağlasığmaz üsula əl atıb. 

Oxu.Az Xəzər xəbər-ə istinadən məlumat verir ki, əvvəlcə həyat yoldaşına şəhərdə ona oxşayan başqa bir qadının olduğunu deyib. 

Bir müddət sonra isə əri ilə bazarda qarşılaşanda isə özünü ona oxşayan qadın kimi təqdim edib. 

Bu isə tərəflər arasında mübahisəyə səbəb olub. Səs küyə gələn polis gəlsə də Nigar Məməmdli polisi də aldadaraq gəldiyi taksiyə minib hadisə yerindən uzaqlaşmağa calışıb. 
Ancaq polis cütlüyü şöbəyə aparıb. Dindirilmə zamanı gerçəklə üzə çıxıb, Nigar Məhəmmədlinin yalan danışdığı məlum olub.

Qəhrəman Qəhrəmanov utanaraq üzünü bağlasa da arvadı ondan ayrılmaq istədiyini, əsəbləşərək belə etdiyini və məqsədinin ərinin başqa qadınla əlaqəsinin olub olmadığı öyrənmək olduğunu deyib.

Gənc qadını hadisə yerindən uzaqlaşdırmağa cəhd edən taksi sürücüsü Şəki Məmmədov da dindirilib. 

O, Nigar Məmmədlini tanımadığını müştəri kimi maşına mindiyini bildirir. 

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Saxlanılan Nigar Məhəmmədli bir vaxtlar şou-verilişlərin birində münsifləri inandıraraq, biznes açması üçün onlardan 8000 manat pul da almışdı.

0
24