Azərbaycana gələn turistlərin sayı 5 dəfə artıb

Azərbaycana gələn turistlərin sayı 5 dəfə artıb

Turizmin inkişafı ilə bağlı yeni strategiya hazırlanır.

Azərbaycanda 250-dən çox turist şirkəti fəaliyyət göstərir. 570-dən çox yerləşdirmə yeri otellər, motellər var. Azərbaycana gələn turistlər son 10 ildə təxminən 5 dəfə artıb.

Oxu.Az xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ATİF 2016 sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.

"Azərbaycanda turizm siyasəti dövlət səviyyəsində həyata keçirilir. Bununla biz böyük layihələrin uğurla həyata keçirilməsinə nail olmuşuq.

Onların sırasında xüsüsən qeyd etmək istəyirəm ki, Azərbaycan öz turizm inkişafı ilə bağlı proqramların ikisini uğurla həyata keçirib.

Hazırda yeni turizm strategiyası və turizm haqqında yeni qanunun müzakirəsi artıq Milli Məclisin kommissiyalarında müzakirələrə çıxarılıb",- deyə nazir əlavə edib.

Ülviyyə R. Əli

Mənbə:
0
24