Fransada Avro-2016 start götürdü

Fransada Avro-2016 start götürdü

Turnirin ilk matçında Fransa və Rumıniya milliləri qarşılaşır.

Fransada futbol üzrə Avropa çempionatı start götürüb.

Oxu.Az xəbər verir ki, turnirin ilk matçında Fransa və Rumıniya milliləri qarşılaşır.

Turnirin açılış oyunu Parisin “Sen-Deni” stadionunda keçirilir. 

İlkin mərhələdə 24 komanda altı qrupda mübarizə aparacaq.

Qruplarda ilk iki yeri tutan komandalar və üçüncü yerdə qərarlaşan ən yaxşı dörd komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. 

1/8 final matçları iyunun 25-dən 27-dək, ¼ finallar – iyunun 30-dan iyulun 3-dək, yarımfinallar isə iyulun 6-sı və 7-də baş tutacaq. 

Final matçı iyulun 10-da Parisdə keçiriləcək.

0
26