AÇ-2016: Açılış matçı öncəsi bomba həyəcanı

AÇ-2016: Açılış matçı öncəsi bomba həyəcanı

Avropa çempionatının startına saatlar qalmış ilk matçın oynanacağı Sent-Denisdəki “Stad de Frans” arenasında bomba həyəcanı yaşanıb. Apasport.az saytı xəbər verir ki, bu barədə stadiondan canlı yayım edən Türkiyənin “TRT Spor” telekanalının əməkdaşı məlumat verib.

Türk həmkarımız canlı yayımda stadionun media tribunasına bomba qoyulması ilə bağlı xəbər daxil olduğunu bildirib. Lakin təlim keçmiş köpəklərin və bomba mütəxəssislərinin diqqətli axtarışları nəticə verməyib.

Təhlükəsizlik qüvvələri oyunun keçirilməsi ilə bağlı bir maneənin olmadığını açıqlayıblar.

0
19