İngilis azarkeşləri ilə Fransa polisi arasında toqquşmalar - VİDEO

İngilis azarkeşləri ilə Fransa polisi arasında toqquşmalar - VİDEO

Azərkeşlər polis əməkdaşlarına şüşə və əllərinə keçən digər əşyalar atıblar.

Fransanın Marsel şəhərində polis və ingilis azarkeşləri arasında toqquşmalar baş verib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, fanatlar polis əməkdaşlarına şüşə və əllərinə keçən digər əşyalar atıblar. Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Hazırda asayiş keşikçiləri  və  200-ə yaxın  ingilis azarkeşləri arasında toqquşmalar Marsel şəhərinin limanı ətrafında davam edir.

Qeyd edək ki, İngiltərə  — Rusiya matçı iyunun 11-də axşam saatlarında keçiriləcək.

0
21