Bakıda keçmiş arvadını yoldan keçəndə görüb bıçaqladı - VİDEO

Bakıda keçmiş arvadını yoldan keçəndə görüb bıçaqladı - VİDEO

Polisə zəng edən ər həyat yoldaşını bıçaqladığını bildirib.

Suraxanıda həyat yoldaşını bıçaqlayan şəxs ifşa edilib. Müştərisi üçün peyk antenası quraşdıran ər keçmiş arvadının həmin ərazidən keçdiyini görəndə hisslərini cilovlaya bilməyib. Əlinə keçənlə qadının həyatına qəsd etməyə çalışıb. Onu bıçaqlayıb.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bərdə rayonu Nazırlı kənd sakini Seymur Sultanov polisə zəng edərək  həyat yoldaşını bıçaqladığını bildirib. 

Hadisə yerinə yollanan polis əməkdaşı Seymurun həyat yoldaşı Cəmalə Soltanovanın xəstəxanaya aparıldığını öyəriniblər. Televizor ustası olan Seymurun  dediyinə inansaq, həyat yoldaşı ilə də onların evindəki televizoru təmir edən zaman tanış olub. 2000-ci ildə ailə quran cütlüyün 4 övladı var. Seymurun mütəmadi olaraq spirtli içki qəbul etməsi ailəsində problemlərə səbəb olub.

Ailənin böyük qızının xəstələnməsi Seymurla Cəmalənin barışmasına səbəb olsada, barışıq çox çəkməyib. 41 yaşlı Seymur Sultanovun mütəmadi olaraq araq içdiyindən Cəmalə 4 övladını götürərək onun yanından gedib. Bu hadisədən 4-5 gün sonra müştərisi üçün peyk antenası quraşdıran Seymur keçmiş arvadının həmin ərazidən keçdiyini görüb.  Bu vəziyyəti gördükdə isə, əsəblərini hakim ola bilməyib.

Həyat yoldaşını xəstəxanalıq edən Seymur Sultanov bağışlanmaq və ailəsi ilə barışmaq istədiyini deyir. O, istəyinə çata bilər. Amma həbsdən qayıtdıqan sonra.

0
33