ABŞ-da Məhəmməd Əli ilə vida mərasimi başladı

ABŞ-da Məhəmməd Əli ilə vida mərasimi başladı

ABŞ-ın Luisvill şəhərində (Kentukki ştatı) boks əfsanəsi Məhəmməd Əli ilə vida mərasimi başlayıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, on minlərlə insanın iştirakı ilə keçirilən vida mərasimində İordaniya kralı Abdalla, ABŞ-ın sabiq prezidenti Bill Klinton, aktyor Billi Kristal, din xadimləri, mərhumun ailə üzvləri çıxış edəcəklər.

Məhəmməd Əlinin cənazəsini boks üzrə keçmiş dünya çempionu Lennoks Lyuis və “Əli” filmində baş rol oynamış aktyor Uil Smit daşıyacaq.

Qeyd edək ki, 74 yaşlı əfsanəvi amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də vəfat edib.

0
11