Luisvilldə Məhəmməd Əli ilə vida mərasimi başladı

Luisvilldə Məhəmməd Əli ilə vida mərasimi başladı

İnsanlar yolların kənarına toplaşıblar.

ABŞ-ın Luisvill şəhərində (Kentuki ştatı) on minlərlə insan əfsanəvi boksçu Məhəmməd Əli ilə vidalaşmaq üçün küçələrə toplaşıb, Oxu.Az BBC-yə istinadən xəbər verir.

Əlinin cəsədi olan cənazə avtomobili onun həyatının yaddaqalan yerlərindən keçəcək. 

Mərasimdə İordaniya kralı Abdalla, ABŞ-ın sabiq prezidenti Bill Klinton, aktyor Billi Kristal, Əlinin həyat yoldaşı Əli Lonni və qızı Məryamın çıxışı gözlənilir.

0
18