Türkiyə gözəlinin 6 ilə qədər həbsi tələb olundu – FOTO

Türkiyə gözəlinin 6 ilə qədər həbsi tələb olundu – FOTO

“Bəraət qazanmağımı istəyirəm”.

“Best Model of Turkey 2006”nın birincisi Nəslihan Öndərin içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə 6 ilə qədər həbsi tələb olunur.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İstanbul Asliye Cəza Məhkəməsində baş tutan prosesə model vəkili ilə birgə qatılıb.

Öndər hakim qarşısında “Hadisənin baş verdiyi gün çox sıxıntı keçirmişdim. Bir-iki qədəh içki içmişdim. Spirtin təsirinin keçməsini gözləyib yola çıxdım. Mənim sürücülük qabiliyyətim zəif deyildi. Bəraət qazanmağımı istəyirəm” deyib.

Məşhur modelə əvvəlcə 25 gün həbs cəzası kəsilsə də, sonradan onun cəzası gündəlik 20 TL-dən 500 TL-yə qədər pul cəzası ilə əvəzlənib.

Xatırladaq ki, model “İşte benim stilim: Ünlüler” yarışmasının iştirakçısı olub. 

Aytən Sadıqzadə

0
16