AZAL “Tour A Vent” turizm şirkəti ilə əməkdaşlıq haqqında razılığa gəldi

AZAL “Tour A Vent” turizm şirkəti ilə əməkdaşlıq haqqında razılığa gəldi

Şirkətin vitse-prezidenti görüş keçirib.

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) Bakıda keçirilən AITF-2016 turizm sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiya Federasiyasında rəsmi turizm nümayəndəliyi olan Tour A Vent şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə edib.

Bu barədə AZAL-dan Oxu.Az-a bildirilib.

Müqaviləyə əsasən, turizm şirkətinə AZAL aviaşirkətitərəfindənyerinəyetirilən Kazan-Bakı-Kazan müntəzəm reysində yer bloku ayrılacaq.

Bundan əlavə, aviaşirkət və turizm şirkəti Ulyanovsk hava limanından Bakıya çarter reyslərin yerinə yetirilməsini razılaşdırmışdırlar. Reyslər Embraer və ya Airbus hava gəmiləri ilə yerinə yetiriləcək.

"Mən çox şadam ki, bizim Rusiyar egionlarındakı danışıqlarımız konkret nəticə verməyə başlayıb. AZAL aviaşirkəti Azərbaycana turistlərin cəlb edilməsi üçün xarici turizm şirkətlərinə yaxşı şərtlər təqdim etməyə hazırdır", AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.

"Şirkətimizin əsas məqsədi Azərbaycan turizmini təbliğ və təşviq etməkdir. "Azərbaycan Hava Yolları" Rusiyanın müxtəlif regionlarına bir çox müntəzəm uçuşlar yerinə yetirir və mən əminəm ki, bizim sıx əməkdaşlığımız uzunmüddətli xarakter daşıyacaq", Tour A Vent şirkətinin Volqayanı filialının baş direktoru Yuliya Uba bildirib.

Ülviyyə R. Əli

Mənbə:
0
17