“Azərxalça”ya sədr təyin edildi

“Azərxalça”ya sədr təyin edildi

O, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktorudur.

Prezident İlham Əliyev Vidadi Aydın oğlu Muradovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Oxu.Az xəbər verir ki, sərəncamla V.Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, V.Muradov xalçaçı-ekspert, tarix üzrə fəlsəfə doktoru, professor, “Azər-İlmə”nin təsisçisi və rəhbər,”Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktorudur. 

0
17