Rusiya XİN: Qaregin Njdeyə İrəvanda abidə qoyulmasını anlamırıq

Rusiya XİN: Qaregin Njdeyə İrəvanda abidə qoyulmasını anlamırıq

“Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına da münasibətimiz məlumdur”.

Qaregin Njdenin abidəsinin İrəvanda qoyulması bizim üçün anlaşılan deyil.

Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə APA-nın Moskva müxbirinin sualını cavablandırarkən bildirib.

“Böyük Vətən Müharibəsinə münasibətimiz bəllidir. Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına da münasibətimiz məlumdur. Ona görə də, bizim üçün anlaşılan deyil niyə görə İrəvanda bu abidə qoyulub. Biz BMT Baş Assambleyasında bu qətnaməni qəbul edərkən Ermənistan bunun lehinə səs verib.

Hesab edirik ki, Ermənistanın rəsmi mövqeyi məhz budur”, - deyə M. Zaxarova Ermənistanın Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımı şərh edərkən bildirib.

Qeyd edək ki,  2014-cü ildə BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. 

Bu ilin mayın 28-də İrəvanda Üçüncü Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Qaregin Njdenin abidəsinin açılışı olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər.

0
12