Zaxarova: Əliyev-Sarkisyan-Putin görüşü haqqında məlumat düzgün deyildi

Zaxarova: Əliyev-Sarkisyan-Putin görüşü haqqında məlumat düzgün deyildi

“Biz həmin məlumatı korrektə etdik”.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə məlumatı Prezident administrasiyası yayacaq. Bu bizim yox, onların səlahiyyətində olan məsələdir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“O ki qaldı dünən Rusiya XİN-in saytında gedən məlumata, qeyd etmək istəyirəm ki, bu, korrektə edilməmiş məlumat olub. Qriqori Karasinlə Fransa səfirinin görüşündə Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sammitin keçirilməsinin mümkünlüyü müzakirə olunub. 

Burada konkret görüşün keçiriləcəyindən deyil, keçirilməsinin mümkünlüyündən söhbət gedir. Ona görə də biz həmin məlumatı korrektə etdik”, - deyə M. Zaxarova vurğulayıb.

Qeyd edək ki, xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransa səfiri Jan Moris Riperlə görüşünə dair Rusiya XİN-in məlumatında tərəflərin Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdikləri qeyd olunub. Sonradan isə həmin hissə dəyişdirilərək, görüşdə sadəcə Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğu yazılıb.

0
13