“CinemaPlus”da futbol bayramı

“CinemaPlus”da futbol bayramı

Biletlər artıq satışdadır.

10.06.2016 – 10.07.2016 tarixlərində premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”da uzun zamandır gözlənilən “EURO 2016”, futbol üzrə Avropa Çempionatı canlı nümayiş olunacaq.

Oxu.Az xəbər verir ki, biletləri artıq kinoteatrın kassalarından, rəsmi saytdan və ya “CinemaPlus”un yeni yaratdığı mobil əlavədən əldə edə bilərsiniz. Qiymət 5 manatdır.

Qeyd edək ki, bir müddət əvvəl Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib. Hansı ki, Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Bakıda yerləşən “CinemaPlus” 28 Mall isə Azadlıq prospekti 45-də, “28 Mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsindədir.

Dolğun məlumat əldə etmək məqsədilə İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 
https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Aytən Sadıqzadə

0
15