Moskvada Xəzərin statusu müzakirə edildi

Moskvada Xəzərin statusu müzakirə edildi

Razılaşdırılmış tezislər Konvensiyanın layihəsində qeyd edilib.

İyunun 8-10-da Moskva şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması ilə bağlı xüsusi işçi qrupunun xarici işlər nazirlərinin müavinləri səviyyəsində 45-ci iclası keçirilib.

Oxu.Az-a bu barədə Azərbaycan XİN-dən bildiriblər ki, görüşdə ölkəmizi xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

İlkin razılığa uyğun olaraq müzakirə zamanı diqqət gəmiçilik, sahilyanı ölkələrin Xəzər akvatoriyasındakı yurisdiksiyası, dənizin dibinin ölkələr arasında bölünməsi və istifadəsi məsələlərinə diqqət yetirilib. 

Razılaşdırılmış tezislər Konvensiyanın layihəsində qeyd edilib. 

İşçi qrupun növbəti iclası Qazaxıstanda keçiriləcək. 

0
11