ATƏT Minsk qrupu Qarabağ münaqişəsi üzrə görüşü təsdiqlədi

ATƏT Minsk qrupu Qarabağ münaqişəsi üzrə görüşü təsdiqlədi

“Tərəflər razılaşmaların müzakirəsini davam etdirəcəklər”.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün iyun ayının sonunda keçiriləcəyini təsdiqlədi. 

Oxu.Az xəbər verir ki, bu haqda Uorlik Trend-ə bildirib.

“Baxmayaraq ki, biz hazırda görüşün detalları haqqında məlumata malik deyilik, amma görüşün iyun ayının sonunda keçirilcəyini təsdiqləyə bilərik”, - o qeyd edib. 

Həmsədr tərəflərin Vyanada əldə edilən razılaşmaların müzakirəsini davam etdirəcəklərinə  ümid etdiyini bildirib.

Daha öncə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov qeyd etmişdi ki, cari ilin iyununda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində “status-kvo”nun dəyişdirilməsi üzrə mühüm nailiyyətlərin əldə edilməsi üçün daha bir görüş gözlənilir. 

0
13