“İnikas” beynəlxalq film festivalında – FOTO

“İnikas” beynəlxalq film festivalında – FOTO

Film, azərbaycanlı ailənin başına gələn müəmmalı hadisədən bəhs edir.

Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” bədii filmi Rusiyanın Esperanza Beynəlxalq Film Fesivalının əsas müsabiqə proqramında nümayiş etdiriləcək.

“Azərbaycanfilm” kinostudiyasından Oxu.Az-a verilən xəbərə görə, festival 18-25 avqust tarixlərində Moskvada keçiriləcək.

Qeyd edək ki, “İnikas” bədii filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Filmin süjet xətti SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn müəmmalı hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda nə ilə qarşılaşacağından xəbərsizdir...

Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüser Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və digərləri canlandırıblar.

Aytən Sadıqzadə

0
22