Polad Bülbüloğlu: Rusiya qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Polad Bülbüloğlu: Rusiya qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünü tanıyır

“Rusiya regionun ən böyük, ən güclü ölkəsidir”.

Rusiya şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bir çox məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. 

O bildirib ki, Rusiya regionun ən böyük, ən güclü ölkəsidir və 200 ildən çoxdur belə davam edir: 

“Təbii olaraq, Rusiyanın bu regiondakı istənilən məsələdə - istər iqtisadi, istər siyasi və müəyyən mənada ictimai məsələlərdə - rolu çox böyükdür.

Bilirsiniz ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. 

Onun mövqeyindən çox şey asılıdır. BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələr Rusiyanın razılığı olmadan qəbul edilə bilməzdi.

Lakin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir. Ermənistan tamhüquqlu üzv kimi Avrasiya İttifaqına daxil olub. 

Təbii ki, Rusiya Ermənistanın maraqlarını da nəzərə almaya bilməz. Mən düşünmürəm ki, Ermənistanın və erməni xalqının maraqları başqalarının torpaqlarının işğalı ilə bağlıdır”.

0
21