“Yaz həyəti” layihəsinin qalibləri təltif olundu – FOTO

“Yaz həyəti” layihəsinin qalibləri təltif olundu – FOTO

Layihədə 26 ümumi təhsil müəssisəsi arasında müsabiqə keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və IDEA İctimai Birliyinin məktəblərin həyətyani sahələrinin yaşıllaşdırılmasına həsr olunmuş “Yaz həyəti” layihəsi uğurla başa çatıb.

Oxu.Az xəbər verir ki, layihə çərçivəsində tələbə və şagirdlər məktəblərdə 12000-ə yaxın ağac və kol bitkiləri əkib yaşıllıqların qayğısına qalıb, həyətyanı sahələrdə iməcilik işləri həyata keçirib və digər abadlıq tədbirləri görüblər.

Layihədə iştirak edən hər bir təhsil müəssisəsinə IDEA İctimai Birliyi tərəfindən xüsusi quş yuvaları təqdim olunub.

Təhsil Nazirliyi və IDEA İctimai Birliyi layihədə iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki 26 ümumi təhsil müəssisəsi arasında müsabiqə keçirilib.

Müsabiqənin şərtlərinə əsasən ən səliqəli və gözəl salınmış “yaz həyəti”nin aid olduğu məktəblər seçilərək qalib elan olunub və 8 iyun tarixində keçirilmiş təntənəli mərasimdə xüsusi diplom və dəyərli hədiyyələrlə təltif olunublar. 

 “Yaz həyəti” layihəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumilikdə 15 ali və 26 orta təhsil müəssisələrini əhatə edib. Bu təşəbbüs təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, məktəbli və tələbələrin ekoloji biliklərinin dərinləşməsinə, onlarda təbiətə qayğıkeş münasibətin formalaşmasına töhfə verib.

Aytən Sadıqzadə

0
15