Azərbaycan əsilli aktyor qəza keçirməsindən danışdı – FOTO

Azərbaycan əsilli aktyor qəza keçirməsindən danışdı – FOTO

“Həmin qəza işlərimi çətinləşdirdi”.

Türkiyəli məşhur aktyor Tamer Karadağlı ötən axşam “Etilər Kabab”da iftarını açıb.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, məkandan çıxandan sonra jurnalistlərin suallarını cavablandıran aktyor bir neçə müddət əvvəl qəza keçirməsindən danışıb.

“Bilirsiniz ki, motosiklet qəzası keçirmişəm. Həmin qəza işlərimi çətinləşdirdi. Amma indi çox yaxşıyam. Seriallar və kino layihələrim olacaq”,-deyə Karadağlı bildirib.

Qeyd edək ki, 24 may 1967-ci ildə Türkiyənin paytaxtı Ankarada doğulan Tamer Karadağlı Azərbaycan əsillidir.

İbtidai təhsilə başlamazdan əvvəl ailəsi ilə birlikdə ABŞ-a köçən Qaradağlı, sonradan Türkiyəyə dönsə də yenidən Amerikaya yollanıb.

Orta məktəbin son sinfində birdəfəlik Türkiyəyə dönüb. Həmin illərdə tez-tez “Akün Sineması”nı ziyarət edib. Daha sonra Şekspirin “Quru səs-küy” adlı tamaşasında həm türk, həm də ingilis dilində rol alıb və beləcə Bilkent Universitetinin Musiqi və Səhnə Sənətləri Fakültəsi Teatr Hissəsindən məzun olan aktyor ilk dəfə filmə 1993-cü ildə çəklib.

“Ferhunde Hanımlar” serialı ilə məşhurluq qazanıb.

Tamer Karadağlı aktrisa Arzu Balkan ilə evlənsə də, cütlük 2007-ci ildə boşanıb. Zeyno adında bir qızları var.

T.Karadağlı 8 fərqli ingilis ləhcəsində danışa bilir.

Aytən Sadıqzadə

0
24