Əmbil gölünü çirkləndirənlər 8500 manatadək cərimə ediləcək – FOTO

Əmbil gölünü çirkləndirənlər 8500 manatadək cərimə ediləcək – FOTO

Nazirlik sərt xəbərdarlıq edib.

ETSN Şabranda ətraf mühitin çirklənməsi ilə bağlı cərimə tətbiq edib

Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Nazirliyin yanında yaradılmış İctimai Ekoloji Şuranın üzvlərinə Şabran rayon sakinləri müraciət edib. 

Onlar bildiriblər ki, kəndin ərazisində yerləşən Əmbil gölünün ətrafı və ona bitişik sahələr əraziyə gələn turist qrupları tərəfindən tullantılarla çirkləndirilir.

Şikayət əsasında araşdırma aparılıb və məlum olub ki, Əmbil gölünün ətrafının və ona yaxın meşə ərazilərinin antisanitariya vəziyyətindədir.

Bundan başqa, çoxsaylı məişət tullantıları ilə zibillənməsi, insanların təbii ehtiyaclarından irəli gələn bioloji tullantılarla çirkləndirilməsi, qadağan olunmuş ərazilərdə tonqal qalanması kimi meşə mühitinə və bütövlükdə ekosistemə birbaşa mənfi təsir göstərən faktlar qeydə alınıb. 

Kənd sakinlərinin dediklərinə görə, buna səbəb son vaxtlar bu əraziyə kortəbii halda, turist adı ilə kütləvi şəkildə gələnlərin təbii mühitdən istifadənin normalarına riayət etməmələri olub. 

Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib olunaraq təqsirkarların müəyyənləşdirilməsi üçün Şabran rayon Polis Şöbəsinə məktub göndərilib. 

Təqsirkar şəxslər müəyyənləşdikdən sonra İnzibati Xətalar Məcəlləsinin 266.1 maddəsinə əsasən fiziki və hüquqi şəxs qismində inzibati qaydada 700 manatdan 8500 manatadək cərimə ediləcəklər.

0
28