Ərdoğan Məhəmməd Əlinin dəfninə qatılmadan Türkiyəyə döndü

Ərdoğan Məhəmməd Əlinin dəfninə qatılmadan Türkiyəyə döndü

Rəcəb Tayyib Ərdoğansəfərini yarımçıq qoyaraq ölkəyə qayıtmaq qərarına gəlib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, iyunun 9-da Luisvill şəhərində keçirilən cənazə namazına qatılan R. T. Ərdoğanın bu gün keçiriləcək dəfn mərasimində iştirakı nəzərdə tutulmuşdu. Lakin prezident cənazə namazından sonra fikrini dəyişib və Luisvilldə Ahıska türklərinin verdiyi iftar yeməyində iştirak etdikdən sonra Türkiyəyə qayıtmağı qərara alıb.

Prezidentin qərarının səbəbləri barədə rəsmi açıqlama verilməyib. Müxalifyönlü “Sözcü” qəzetinin xəbərinə görə, R. T. Ərdoğanın Məhəmməd Əlinin tabutuna Kəbədən gətirilən örtük qoymaq istəyini mərasimin təşkilatçıları müsbət qarşılamayıblar və “biz özümüz sonra qoyarıq”, - cavabını veriblər. Bundan başqa, R. T. Ərdoğanın mərasimdə Türkiyə dini işlər idarəsinin rəhbəri Mehmet Görməzin “Quran” oxumasını istədiyi, təşkilatçıların isə buna icazə vermədiyi bildirilir. Qəzetin iddiasına görə, R. T. Ərdoğan bu səbəblə dəfn mərasiminə qatılmadan vətənə dönmək qərarına gəlib.      

 
 

0
18