“Türkiyə gözəli”nə vəzifə verildi – FOTO

“Türkiyə gözəli”nə vəzifə verildi – FOTO

O, vəzifəsini ən yaxşı şəkildə yerinə yetirməyə çalışacağını söyləyib.

“Miss Türkiyə 2006” gözəllik müsabiqəsində “Veet Türkiyə Gözəli” seçilən Seda Sarıbaşa Ədalət və İnkişaf Partiyasında (AKP) vəzifə verilib.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, AKP Qadınlar Təşkilatının Aydın əyaləti üzrə sədri Mediha Turqutun yerinə təyinat alıb.

Seda Sarıbaş açıqlamasında vəzifəsini ən yaxşı şəkildə yerinə yetirməyə çalışacağını söyləyib.

O, “Türkiyə gözəli” seçildikdən sonra didimli iş adamı Sedat Sarıbaş ilə ailə qurub. İki uşaq anası olan qadının həyat yoldaşı da AKP Didim İlçe Təşkilatı idarə heyətində çalışır.

Aytən Sadıqzadə

0
183