® “AGBank» aktivləri və müştərilərin sayını artırdı

® “AGBank» aktivləri və müştərilərin  sayını  artırdı

Bank fəaliyyətini uğurla davam etdirir

“AGBank” ASC Azərbaycanın aparıcı banklarından biri olaraq, ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirməkdədir. Aparılan uğurlu fəaliyyət nəticəsində bank bu günlərdə aktivlərini daha 8,2 milyon artırdı. “AGBank”-ın depozit portfelində yüksəliş var. Belə ki, “AGBan”-ın depozit portfeli «Sabit məzənnə» əmanət növü üzrə 1,5 mln manat, «Sərfəli» əmanət üzrə isə 600.000 manat artıb. Bundan əlavə bank müştərilərin etimadını qazanmağa davam edir. Son 1 ay ərzində bankın müştəriləri sırasına daha 15 hüquqi şəxs, 200 isə fiziki şəxs qoşulub ki,  bu da  “AGBank”-ın etibarlılıq və sabitliyinin əsas amillərindən biridir. “AGBank” yaxın aylarda  öz məhsullarının genişləndirilməsi üzərində fəal şəkildə işləyərək, müştərilərə bir sıra yeni məhsul və xidmətlər təklif etmək, eyni zamanda depozit portfelini daha da artırmaq niyyətindədi.

Qeyd edək ki, Beynəlxalq Maliyyə Korporasiyası (4,28%), Kazimir Partners şirkəti (2,45%), Əsədullayev Çingiz (31,68%), Yusufov Fərzulla (5,79%), Marçenko Qriqoriy (8.30%) «AGBank»-ın iri səhmdarlarıdır. Səhmdarların ümumi sayı 85, minaritariyaların sayı 84 onların ümumi payları 68,32%-dir. “AGBank” ASC-nin apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirmək, korporativ idarə etmə sistemlərini təkmilləşdirmək, müştərilərə peşəkar xidmət göstərilməsi sistemini yaratmaqdır. Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatla xidmətinizdədir.

0
10