Azad Rəhimov: Otellər qonaqlar üçün tam hazır vəziyyətdədir

Azad Rəhimov: Otellər qonaqlar üçün tam hazır vəziyyətdədir

“3 gün ərzində bu idman yarışı yüksək səviyyədə keçiriləcək”.

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışına hazırlıq işləri plana uyğun gedir. Yarış iştirakçılarını və rəsmi qonaqları qarşılamaq üçün lazımi tədbirlər görülür.

Oxu.Az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri iyunun 9-da Qəbələ şəhərində jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib, elektron viza prosesi həyata keçirilir: 

“Çalışırıq ki, Azərbaycana gələcək 3 minə yaxın qonağı və idmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılayaraq otellərdə yerləşdirə bilək. 

Qonaqlar üçün otellər tam hazır vəziyyətə gətirilib. Eləcə də, iyunun 17-dən 19-dək “Formula-1” yarışlarının keçiriləcəyi Bakı şəhər halqası da hazırdır. Bu gün şəhərdə avtomobillərin hərəkətinin dayanmaması üçün Bakı şəhər halqasını bağlamırıq. Yarışla bağlı iyunun 16-da həmin yollar bağlanacaq. 

Ümumiyyətlə, Bakı şəhər halqası boyunca hazırlıq işləri yekunlaşmaq üzrədir. İşlər beynəlxalq standartlar səviyyəsində görülüb. Ümid edirəm ki, 3 gün ərzində bu idman yarışı yüksək səviyyədə keçiriləcək”.

0
12