Bakıda qonşular arasında qanlı dava – FOTO

Bakıda qonşular arasında qanlı dava – FOTO

Polis əməliyyat keçirib.

Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə 28 May küçəsi, 12 ünvanında qeydə alınıb. 

Qeyd olunan ünvanda yaşayan 28 yaşlı Babək Məmmədovla qonşusu arasında mübahisə düşüb. Mübahisə böyüyüb və Babək Məmmədovun qonşusu bıçağa əl atıb.

Bir neçə bıçaq xəsarəti alan Babək Məmmədov xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Hadisə barədə Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Babək Məmmədovu bıçaqlayan şəxsin kimliyi müəyyən edildikdən sonra onun tutulması istiqamətində əməliyyat keçirilib.

Faktla əlaqədar cinayət işi başlanıb. 


0
81