Ümrə ziyarətinə gedən zəvvarlar qəzaya düşdü: 32 ölü

Ümrə ziyarətinə gedən zəvvarlar qəzaya düşdü: 32 ölü

Sudanın şərqində zəvvarları daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 32 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Hartum və Port-Sudan şəhərlərini birləşdirən magistral yolda baş verib. Qəzanın məhdud görünmə şəraitində baş verdiyi bildirilir.

Zəvvarların Səudiyyə Ərəbistanına Ümrə (Kiçik Həcc) ziyarətinə getdiyi qeyd olunur.

0
20